Logo
    main-post-cover

    Google Pixel Buds 2a naqilsiz qulaqlığının render fotosu ortaya çıxıb

    Cihazlar+
    01.08.2025
    Emil
         20 avqut tarixində Made by Google tətəqdimat tədbiri keçiriləcək. Həmin tədbir çərçivəsində şirkət Pixel 10 smartfon seriyasını və Pixel Watch 4 smart saatını təqdim edəcək. Lakin tədbir zamanı şirkət həmçinin Pixel Buds 2a adlı yeni naqilsiz qulaqlığını da təqdim edə bilər. Belə ki, sözügedən yeni naqilsiz qulaqlığın render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda qulaqlıqlar şarj keysinin daxilində əks olunublar. Məlumatda qeyd edilib ki, fotoda cihaz Iris adlı gövdə rənginə sahibdir. Lakin digər gövdə rənglərinə sahib versiyaların olacağı da gözlənilir.
    Paylaş