Logo
    main-post-cover

    Google Pixel Buds qulaqlıqlarını Gemini ilə daha ağıllı edir

    Cihazlar+
    14.08.2026
    Sevinj
        Google yeni Pixel cihazlarını təqdim etdiyi Made by Google tədbirində yeni simsiz qulaqlıq nümayiş etdirməsə də, mövcud Pixel Buds Pro 2Pixel Buds 2a modelləri üçün bir sıra vacib proqram yeniliklərini açıqlayıb. Əsas yeniliklərdən biri Gemini süni intellektinin qulaqlıqlara daha dərindən inteqrasiyasıdır. Yeniləmədən sonra istifadəçilər səsli əmrlərlə qulaqlığın səs səviyyəsini dəyişə və ekvalayzer (EQ) parametrlərini tənzimləyə biləcəklər.
    Google Pixel Buds Pro 2 Headphone Review - Consumer Reports
        Pixel Buds Pro 2 modeli isə yeni dinamik aktiv səsboğma (Dynamic ANC) funksiyası əldə edəcək. Sistem qulaqlığın qulaqda yerləşməsində və izolyasiyasında baş verən kiçik dəyişiklikləri avtomatik müəyyən edərək səsboğma səviyyəsini buna uyğun tənzimləyəcək. Google həmçinin Pixel Buds qulaqlıqlarının Pixel Watch ilə sinxron işləməsini təmin edəcək. Ağıllı saat istifadəçinin yuxuya getdiyini müəyyən etdikdə qulaqlıqdakı musiqi avtomatik dayandırılacaq və bildirişlər söndürüləcək.
        Yenilənən digər funksiya isə canlı tərcümədir. Pixel Buds artıq 70-dən çox dili anlayıb tərcümə edə biləcək. İstifadəçi qulaqlığa toxunaraq dinləmə rejimini aktivləşdirə və danışılanları tərcümə etdirə biləcək. Bundan əlavə, Pixel Buds Pro 2 üçün yeni zeytun-yaşıl rəng seçimi təqdim olunub və artıq öncədən sifarişlər qəbul edilir.
    Paylaş