main-post-cover

    Google Pixel Watch 3 smart saatı Apple Watch özəlliklərindən birini əldə edəcək

    Cihazlar+
    11.03.2024
    Farid Pardashunas
         Google şirkəti bu il Pixel Watch 3 smart saatını təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən yeni smart saat indiyənə kimi eksklüziv olaraq Apple Watch smart saatlarında istifadə edilmiş bir funksiyanı əldə edə bilər. Belə ki, ortaya çıxmış məlumata əsasən Google şirkəti Pixel Watch 3 üçün yaxşılaşdırılmış naqilsiz bağlantı sistemini hazırlayır. Bu öz növbəsində smart saatın yerləşdiyi yeri daha dəqiq şəkildə təyin etməyə və ultra geniş zolaqlı əlaqənin (UWB / Ultra-Wideband) köməyilə smart saata qoşulu olan cihazı distant şəkildə aktivləşdirməyə imkan verəcək.
         Son bir neçə il ərzində Apple UWB texnologiyasını aktiv şəkildə öz smart saatlarına inteqrasiya edir. Bu texnologiya həmçinin şirkətin AirTags axtarış trekerində və iPhone 11-dən başlayaraq smartfonlarında istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, UWB həmçinin Google Pixel smartfonlarında və Samsung-un flaqman Galaxy smartfonlarında istifadə edilir. Pixel Watch 3-ün bu ilin payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a-nın hansı qiymətə satılacağı açıqlanıb
    google-pixel-8a-nin-hansi-qiymete-satilacagi-aciqlanib
    Bu il Google Pixel Watch 3 smart saatı ilə Pixel Buds Pro 2 smart qulaqlığı gözlənilir
    bu-il-google-pixel-watch-3-smart-saati-ile-pixel-buds-pro-2-smart-qulaqligi-gozlenilir
    Google Pixel smartfonları peyk rabitəsi üzərindən təcili yardım funksiyasını əldə edəcəklər
    google-pixel-smartfonlari-peyk-rabitesi-uzerinden-tecili-yardim-funksiyasini-elde-edecekler
    Chrome brauzerinin Android versiyası videolardakı kadrları yaddaşda saxlama funksiyasını əldə edəcək
    chrome-brauzerinin-android-versiyasi-videolardaki-kadrlari-yaddasda-saxlama-funksiyasini-elde-edecek
    Google Gmail-i bağlayır?
    google-gmail-i-baglayir