
Google Pixel Watch 3 smart saatı müxtəlif gövdə ölçülərinə sahib olacaq
Cihazlar+
22.01.2024
Emil
Samsung Galaxy Watch 6, Watch 6 Classic və Apple Watch Series 9 smart saatlarının hər biri iki gövdə ölçüsündə satılır. Galaxy Watch 6 smart saatı 40 və 44 mm, Galaxy Watch 6 Classic smart saatı 43 və 47 mm, Apple Watch Series 9 smart saatı isə 41 və 45 mm gövdə ölçülərinə sahibdir. Lakin Google şirkətinin birinci və ikinci nəsil Pixel Watch smart saatları yalnız bir gövdə ölçüsünə sahibdirlər. İnsayderlərin vermiş olduqları məlumata əsasən Google bu il bu vəziyyəti düzəldəcək. Pixel Watch və Pixel Watch 2 smart saatlarının alıcıları onların olduqca kiçik ölçüyə sahib olmalarından şikayətçi idilər.
Buna görə də onlar kiçik və böyük ölçülü smart saatlar arasında seçim imkanına sahib olmaq istəyirlər. Bu səbəbdən Google Pixel Watch 3 müxtəlif gövdə ölçülərinə sahib olacaq. İnsayderlər bildiriblər ki, Google hal-hazırda Pixel Watch 3-ün iki versiyasını hazırlayır. Çox güman ki, hazırlanan versiyalar öz aralarında təkcə ekran ölçüsü ilə deyil həmçinin batareya həcmi ilə də fərqlənəcəklər. Belə ki, smart saatın gövdəsi nə qədər böyükdürsə onun daxilinə bir o qədər böyük batareyanı quraşdırmaq olar. Pixel Watch 3-ün bu il Pixel 9 smartfon seriyası ilə birgə təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
