Logo
    main-post-cover

    Google Pixel Watch 3 smart saatının batareya həcmi məlum olub

    Cihazlar+
    28.03.2024
         Google şirkəti bu il Pixel 9 smartfonları ilə yanaşı həmçinin Pixel Watch 3 smart saatını da təqdim etməlidir. İndi isə sözügedən smart saatın batareya həcmi ilə bağlı məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Pixel Watch 2 ilə müqayisədə Pixel Watch 3-də batareya həcminin cüzi artması gözlənilir. Məlumata əsasən yeni smart saat 307 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel Watch 2 smart saatının batareya həcmi 304 mAh təşkil edir. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarına əsasən Pixel Watch 3 modeli iki variantda təqdim olunacaq. Birinci variant 41 mm gövdə ölçüsünə, ikinci variant isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Bununla yanaşı smart saatın Snapdragon W5 Plus Gen 1 prosessoru vasitəsilə çalışacağı və özündə WearOS əməliyyat sisteminin yeni versiyasını birləşdirəcəyi gözlənilir.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel Watch 3 smart saatının batareya həcmi məlum olub | Technote