Logo
    main-post-cover

    Google Pixel Watch 3 smart saatının ilk render fotoları təqdim edilib

    Cihazlar+
    10.06.2024
         Google şirkəti bu ilin ikinci yarısında Pixel 9 smartfonları ilə yanaşı üstəlik Pixel Watch 3 smart saatını da təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birlikdə Pixel Watch 3-ün ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Pixel Watch 3 xarici görünüşcə Pixel Watch 2-nin kopyası olacaq. Qeyd etmək lazımdır ki, zamanında Pixel Watch 2 modeli də birinci nəsil Pixel Watch-un kopyası idi. Yəni Google artıq 3 nəsildir ki, öz smart saatının dizaynını dəyişməz olaraq saxlayır. İnsayderin sözlərinə əsasən Pixel Watch 3 smart saatı 1.2 düym ölçülü ekranla təchiz olunacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, yeni smart saatın qalınlığı 14 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel Watch 2-nin qalınlığı 12.3 mm təşkil edir. Yeni smart saatın daha qalın olmasının səbəbi onun daha böyük həcmli batareya ilə təchiz olunacağı ilə bağlı ola bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel Watch 3 smart saatının ilk render fotoları təqdim edilib | Technote