
Google Pixel Watch 3 smart saatının promo materialları təqdim edilib
Cihazlar+
31.07.2024
Emil
Android Headlines saytı təqdimata hazırlaşan Google Pixel Watch 3 smart saatının promo materiallarını təqdim edib. Təqdim edilmiş promo materiallarda bu yeni smart saatın fotoları və bəzi texniki özəllikləri əks olunub. Beləliklə promo materiallarda qeyd edilib ki, Google Pixel Watch 3 smart saatı bazarda iki gövdə ölçüsü versiyasında satışa çıxacaq. Birinci versiya 41 mm gövdə ölçüsünə, ikinci versiya isə 45 mm gövdə ölçüsünə sahib olacaq.

Hər iki versiya OLED ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edəcək. Bundan əlavə olaraq 41 mm-lik gövdə ölçüsünə sahib Google Pixel Watch 2 ilə müqayisədə Google Pixel Watch 3-ün 41 mm-lik gövdə ölçüsünə sahib versiyası 20% daha sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Google Pixel Watch 3 adi istifadə rejimində 24 saat ərzində, Battery Saver rejimi çərçivəsində istifadə halında isə 36 saat ərzində çalışa biləcək. Qeyd etmək lazımdır ki, Google Pixel Watch 3 smart saatının 13 avqust tarixində Google Pixel 9 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.


Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Google Pixel 9 Pro-nun müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə Google Pixel 9 Pro smartfonunun yeni keyfiyyətli fotolarını təqdim edib.

Cihazlar+
Google Pixel 9 smartfonlarının ekran göstəriciləri təqdim edilib
Google şirkəti 13 avqust tarixində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold daxil olacaqlar.

Proqram Təminatı
Google Chrome-da faylların yüklənməsi prosesi daha təhlükəsiz olacaq
Google şirkəti özünün Chrome brauzeri üçün yeni təhlükəsizlik funksiyalarını anons edib.

Cihazlar+
Yaxın zamanda təqdimatı gözlənilən Pixel Buds Pro 2 naqilsiz qulaqlığının xarici görünüşü sərgilənib
Google şirkətinin hələ təqdim etmədiyi Pixel Buds Pro 2 naqilsiz qulaqlığının fotoları təqdim edilib.

Süni İntellekt
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
