
Google Pixel Watch 3-ün yeni render fotoları təqdim edilib
Cihazlar+
09.08.2024
Emil
Google şirkəti 13 avqust tarixində Pixel 9 smartfonları ilə yanaşı həmçinin Pixel Watch 3 smart saatını da təqdim edəcək. Təqdimata sayılı günlər qalmış insayderlər bu yeni smart saatın yeni render fotolarını təqdim ediblər. Beləliklə təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Google şirkətinin yeni smart saatı xarici görünüşcə keçən ilki Pixel Watch 2-yə bənzəyəcək. Qeyd etmək lazımdır ki, Google Pixel Watch 3 smart saatı bazarda iki gövdə ölçüsü versiyasında satışa çıxacaq. Birinci versiya 41 mm gövdə ölçüsünə, ikinci versiya isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Hər iki versiya OLED ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edəcək.



Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
