
Google şirkəti Pixel Tablet 2 planşeti üzərində çalışır
Cihazlar+
09.02.2024
Emil
Dünən xəbər verildi ki, Google şirkəti qatlana bilən Pixel Fold 2 smartfonu üzərində çalışır. Lakin görünür, bu, şirkətin hazırladığı yeganə yeni hardware məhsul deyil. Belə ki, məlum olub ki, şirkət həmçinin Pixel Tablet planşetinin davamçısı üzərində də çalışır. Mütəxəssislər Android 14 QPR3 Beta 1-in kodunda Pixel Tablet planşetinin iki kod adını aşkar ediblər. Korlan və Yuzu. Bu isə o deməkdir ki, Pixel Tablet 2 planşeti iki versiyada təqdim ediləcək. Təəssüflər olsun ki, planşetin texniki imaknları barəsində mlumat yoxdur. Lakin son məlumat sızıntılarına inansaq, Pixel Tablet 2 planşeti yüksək təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək. Pixel Tablet 2-nin nə zaman təqdim ediləcəyi bilinmir. Ola bilsin ki, planşet may ayında baş tutacaq Google I/O 2024 konfransı çərçivəsində sərgilənsin.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
