Logo
    main-post-cover

    Google Snapseed-ə iOS üçün daxili kamera əlavə etdi

    Cihazlar+
    19.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Snapseed tətbiqinin iOS versiyası yeni və diqqətçəkən funksiya ilə yenilənib. Google artıq iPhone istifadəçiləri üçün tətbiqə daxili kamera əlavə edib. Bu, Snapseed-in son 12 ayda aldığı ikinci böyük yenilikdir.
    Google Snapseed gets first update in two years - PhoneArena
        Yeni kamera standart olaraq avtomatik rejimdə açılır. Lakin istifadəçilər istəsələr ISO, çəkiliş sürəti (shutter speed) və fokus üzərində manual nəzarət edə bilirlər. Bundan əlavə, flaş və zoom seçimləri də mövcuddur. Snapseed kamerasının əsas üstünlüklərindən biri isə retro film effektləridir. Tətbiqdə Kodak və Fujifilm kimi məşhur foto lentlərindən ilhamlanan presetlər təqdim olunur. İstifadəçilər həmçinin əvvəlcədən saxladıqları “look” və redaktə “stack”lərini birbaşa çəkiliş zamanı tətbiq edə və sonradan dəyişiklik edə bilərlər. Bundan başqa, tətbiqdə fərqli interfeys rəng mövzuları (UI themes) də seçmək mümkündür.
        Qeyd edək ki, 9to5Google-un məlumatına görə, bu kamera funksiyası 2025-ci ilin dekabrından etibarən gizli şəkildə mövcud idi. Lakin yalnız kilid ekranı vidceti, Camera Control və ya Control Center vasitəsilə aktiv edilə bilirdi və yeniləmə qeydlərində qeyd olunmamışdı. Son yeniləmə ilə isə kamera artıq tətbiqin əsas interfeysinə əlavə olunub və sağ yuxarı küncdəki ikon vasitəsilə birbaşa açılır. Bu da funksiyanın rəsmi təqdimatı kimi qiymətləndirilir. Xatırladaq ki, Google 2025-ci ilin iyununda Snapseed-i 3.0 versiyasına yeniləmiş, tətbiq tamamilə yenidən dizayn edilmiş və yeni funksiyalar əlavə olunmuşdu. Bu, 2021-ci ildən (dark mode əlavə edildikdən sonra) ilk ciddi yeniləmə idi. Hazırda bu yenilik yalnız iOS üçün əlçatandır. Android versiyası üçün isə yenilənmənin üzərində işlərin davam etdiyi, lakin hələ bir neçə ay vaxt tələb etdiyi bildirilib.
    Paylaş