
Google XR eynəyi Samsung-un məhsulu kimi satışa çıxacaq
Cihazlar+
14.04.2025
Emil
Keçən həftə Google şirkətinin Android XR əməliyyat sistemi əsasında hazırlanmış genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgiləndi. Bu əməliyyat sistemi özündə süni zəkanı, artırılmış və virtual reallığı (AR/VR), həmçinin genişləndirilmiş reallıq (XR) cihazları ilə qarşılıqlı əlaqəni birləşdirir. İndi məlum olub ki, Google şirkətinin sərgilənmiş XR eynəyinin prototipi cihaz gələn il Samsung şirkətinin məhsulu kimi bazara çıxarılacaq. Daha əvvəl gözlənilirdi ki, eynək artıq bu il satışa çıxacaq.
Eynək prototipi TED2025 konfransında Google-un vitse-prezidenti və Android XR bölməsinin rəhbəri Shahram Izadi tərəfindən təqdim sərgilənib. Bununla belə, Google bu məhsulu geniş istehlak bazarına çıxarmaq niyyəti barədə rəsmi açıqlama verməmişdi. İndi isə məlum olub ki, eynək satışa çıxarılacaq və Samsung brendi altında təqdim olunacaq.

Korea Economic Daily nəşrinin məlumatına görə, Google-un sərgiləmiş olduğu prototip və gələcəkdə Samsung tərəfindən satışa çıxarılacaq eynək əslində eyni cihazdır və gələn il bazara təqdim ediləcək. “İki texnologiya şirkəti birlikdə yeni ağıllı eynəyin hazırlanması üzərində çalışır və bu eynəyin gələn il satışa çıxarılması planlaşdırılır” - deyə məlumatlı mənbəyə istinadən jurnalistlərin xəbərində bildirilir. Həmçinin qeyd olunur ki, hər iki şirkət ötən ilin dekabr ayında Nyu-Yorkdakı Google kampusunda keçirilmiş XR Unlock tədbirində hazırlanmaqda olan ağıllı eynəyin görüntülərini təqdim edib.
Mənbə: 9to5google
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Google Pixel Watch 4 smart saatının ilk render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birgə Google Pixel Watch 4 smart saatının ilk render fotolarını təqdim edib.

Cihazlar+
Google şirkətinin genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgilənib
2024-cü ilin sonunda Google, Samsung və Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Android XR əməliyyat sistemini təqdim etdi.

Proqram Təminatı
Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib
Cloud Next konfransında Google şirkətini nümayəndəsi bildirib ki, kodlaşdırma üzrə süni zəka köməkçisi Code Assist artıq yeni süni zəka agentlərini yerləşdirmək qabiliyyətinə malikdir.

Süni İntellekt
Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
Google yüksək məhsuldarlıq və səmərəliliyə fokuslanan yeni süni zəka modelini təqdim edib. Bu model Gemini 2.5 Flash adlanır və tezliklə süni zəka modellərinin yerləşdirilməsi və idarə olunması üçün nəzərdə tutulmuş Google Cloud-un Vertex AI platformasında əlçatan olacaq.

Proqram Təminatı
Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib
Google şirkəti Vertex AI Media Studio adlı yeni xidmətin istifadəyə verildiyini elan edib - bu, istifadəçilərə mətn formatında təsvirlərə əsaslanaraq video yaratmağa imkan verən süni zəka alətləri toplusudur. Xidmət Vertex AI platforması əsasında qurulub.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
