Logo
    main-post-cover

    Google yeni Pixel planşetlərinin hazırlanmasını dayandırıb

    Cihazlar+
    25.08.2025
    Emil
         KİV-də uzun müddətdir məlumat yayılırdı ki, Google öz Pixel planşetlərinin istehsalını yenidən dayandırır. İndi isə şirkət rəsmiləri bunu rəsmi şəkildə təsdiqləyiblər. Şirkətin cihazlar şöbəsinin rəhbəri Rick Osterloh Bloomberg-ə verdiyi müsahibədə bildirib ki, hazırda şirkət yeni planşetlər üzərində işləmir və onun ağıllı üzük və ya Flip formatında qatlana bilən qapaqlı smartfon hazırlamaq planı da yoxdur. Pixel Tablet mövzusuna toxunan rəhbər qeyd edib ki, şirkət bu kateqoriyaya aid cihazlar üçün hər hansı innovativ bir həll təklif edə bilmədiyi müddətcə SamsungApple ilə rəqabəti davam etdirməyin mənasını görmür.
         Üstəlik, analitiklərin fikrincə, yaxın perspektivdə istifadəçilərə Pixel smartfonları kifayət edəcək, əlavə olaraq planşet almağa hazır olacaq müştərilərin sayı isə yeni modellərin buraxılışını əsaslandırmaq üçün çox azdır. Flip smartfonlarla bağlı vəziyyət demək olar ki, eynidir. Bu seqmentdə Samsung və Motorola dominant mövqedədir və Google onlarla rəqabətdə perspektiv görmür, buna görə də diqqətini Pixel Fold-un inkişafına yönəldəcək. Müsahibə zamanı Google-un yaxınlarda təqdim etdiyi XR eynək prototipinə də qısa şəkildə toxunulub. Hazırda şirkət belə bir eynəyin satışa çıxarılacağına əmin deyil, lakin onun üzərində iş davam edir.
    Paylaş