main-post-cover

    Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək

    Cihazlar+
    16.11.2023
    Farid Pardashunas
         Bir neçə həftə bundan öncə məlum oldu ki, Google şirkəti Pixel 9 smartfon seriyası üçün nəzərdə tutulmuş Tensor G4 prosessorunun TSMC şirkəti tərəfindən istehsalı ideyasından son anda imtina edib. Beləliklə gələn ilki Pixel 9 smartfonları üçün Tensor G4 prosessorunun istehsalı ilə yenidən Samsung şirkəti məşğul olacaq. İndi isə insayderlər xəbər veriblər ki, Google sözün əsl mənasında Tensor G4-ün TSMC tərəfindən istehsal edilməsini istəyirdi.
         Lakin ortaya çıxmış bəzi problemlər səbəbilə prosessorun TSMC tərəfindən istehsalı 1 il təxirə salınıb. Burdan da belə qənaətə gəlmək olar ki, gələn il Pixel 9 smartfonlarında Tensor G3-ün sadəcə olaraq bir qədər təkmilləşdirilmiş versiyası istifadə ediləcək. Lakin artıq 2025-ci ildən Pixel smartfonları əsl Tensor prosessorlarını əldə etməyə başlayacaqlar. Buna Pixel 10 smartfon seriyasından start veriləcək. Gözləntilərə əsasən Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor prosessoru performans baxımından daha güclü olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a-nın maket fotoları ortaya çıxıb
    google-pixel-8a-nin-maket-fotolari-ortaya-cixib
    Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı
    google-ilk-zamanlarda-google-play-in-uguruna-inanmirdi
    Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
    google-safarideki-reklam-elanlari-gelirlerinin-36-ni-apple-sirketine-odeyir
    İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
    istifadeciler
    Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?
    google-sirketine-en-cox-geliri-getiren-axtaris-sorgulari-hansilardir