
Hələ təqdim olunmamış OPPO Find X7 flaqman smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
20.10.2023
Emil
Geekbench-in məlumatlar bazasında OPPO şirkətinin yeni flaqman smartfonu ortaya çıxıb. Söhbət, OPPO Find X7 smartfonundan gedir. Geekbench məlumatlarına əsasən OPPO Find X7 smartfonu MediaTek şirkətinin hələ təqdim olunmamış Dimensity 9300 flaqman prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq məlum olub ki, smartfon Android 14 əməliyyat sisteminə sahib olacaq. OPPO Find X7 Geekbench-in bir nüvəli testi çərçivəsində 2139 xal, çox nüvəli testi çərçivəsində isə 7110 xal toplayıb. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ məlumat yoxdur.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
