Logo
    main-post-cover

    Həvəskar şəxs desktop kompüter detallarından gaming noutbuk hazırlayıb (VİDEO)

    Cihazlar+
    16.08.2024
    Emil
         Heç kim üçün sirr deyil ki, noutbuklar texniki göstəricilər mövzusunda desktop kompüterlərdən geridə qalırlar. Lakin Socket Science adlı YouTube kanalın müəllifi bu vəziyyəti dəyişmək qərarına gəlib. Belə ki, o, stolüstü kompüter üçün nəzərdə tutulmuş detallardan istifadə edərək fərdi şəkildə gaming noutbuk hazırlayıb. Həvəskar şəxs gaming noutbukun gövdəsi qismində 3D printerdə çap edilmiş gövdəni istifadə edib. 3D printer vasitəsilə çap edilmiş gövdə daxilinə ITX form-faktorlu desktop ana plata yerləşdirilib.
         Daha sonra gövdə daxilinə DDR4-3200 standartlı RAM yaddaşı, AMD Ryzen 5 5600X prosessoru və Radeon RX 6600 videokartı əlavə edilib. Noutbukun qızması probleminin aradan qaldırılması üçün bir neçə pərdən və istilik borularından təşkil edilmiş soyutma sistemi qurulub. Passiv soyutma sistemi üçün isə bir neçə radiator istifadə edilib. Fərdi şəkildə yığılmış gaming noutbukuna gaming monitorun ekranı, və touchpad-a sahib nazik klaviuatura quraşdırılıb. Nəticə etibarilə alınmış noutbuk özündə stolüstü kompüterin funksionallığını və performansını birləşdirib. Lakin noutbukun güclü enerji sərfiyyatına sahib olması səbəbilə onu daimi şəkildə enerji mənbəyinə qoşulu halda istifadə etmək mümkündür.
    Paylaş