Hisense 34G6K Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.04.2024
Farid
Hisense şirkəti dünən mini-LED texnologiyalı ekrana sahib gaming monitorunu təqdim etdi. İndi isə şirkət daha bir yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Hisense 34G6K Pro adlanır. Beləliklə bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 129%-ni, DCI-P3 rəng diapazonunun isə 104%-ni əhatə edir. Üstəlik monitora 3 vatt gücündə iki ədəd səsgücləndirici quraşdırılıb. Hisense 34G6K Pro özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. Monitor artıq Çində satışa çıxıb və onun qiyməti 207$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar