
HMD Hyper smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
Cihazlar+
13.08.2024
Emil
HMD Global şirkəti bir neçə müddət bundan öncə HMD Skyline, HMD Crest və HMD Crest Max smartfonlarını təqdim etdi. Lakin şirkət öz brendi altında daha bir yeni smartfonunu təqdim etməyə hazırlaşır. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkətin öz brendi altında təqdim edəcəyi yeni smartfon HMD Hyper adlanır. İnsayderlər HMD Hyper-in render fotosunu və texniki imkanlarını təqdim ediblər.

Təqdim edilmiş render fotodan belə qənaətə gəlmək olar ki, bir neçə müddət bundan öncə təqdim edilmiş HMD Skyline kimi HMD Hyper də Nokia Lumia tərzində dizayna sahib olacaq. Məlumatlarda qeyd edilib ki, bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli OLED ekranı əldə edəcək və Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 8 MP üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə HMD Hyper 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. HMD Hyper-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
