main-post-cover

    Honor 80 unikal kamera obyektivini əldə edəcək

    Cihazlar+
    16.11.2022
    Farid Pardashunas
        Honor şirkəti təqdimata hazırlaşan Honor 80 smartfon seriyası barəsində yeni məlumatlar verməyə davam edir. Şirkət bildirib ki, Honor 80-də unikal kamera obyektivindən istifadə ediləcək və istifadə ediləcək həmin kamera hal hazırda mobil bazarda mövcud olan kameralardan fərqlənir. Söhbət, 160 MP-lik əsas arxa kameradan gedir. İndiyənə kimi smartfonlarda yüksək MP göstəricili kameralar arasında yalnız 108 MP 200 MP-lik kameralardan istifadə edilib. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Honor 80-də 200 MP-lik kamera obyektivinin kastom versiyasından istifadə ediləcək.
        Çox güman ki, Söhbət, Samsung-un ISOCELL HPX adlı 200 MP-lik kamera sensorundan gedir. 160 MP-lik əsas arxa kameradan əlavə olacaq digər iki kameranın hansı MP göstəricilərinə sahib olacaqları məlum deyil. Lakin artıq məlumdur ki, Honor 80 smartfonu 50 MP-lik ikili ön kamera ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən təqdim ediləcək yeni flaqman smartfon seriyasına 3 model daxil olacaq: Honor 80, Honor 80 Pro Honor 80 SE. Qeyd etmək lazımdır ki, Honor 80-nin təqdimatı 23 noyabr tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər