main-post-cover

    Honor 90 GT-nin rəsmi olduğu iddia edilən fotosu ortaya çıxıb

    Cihazlar+
    12.12.2023
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə məlumat vermişik ki, Honor şirkəti Honor 90 GT smartfonunun təqdimatına hazırlaşır. Son günlərdə sözügedən smartfon barəsində daha çox məlumat ortaya çıxır. Bu isə onun yaxın zamanda təqdim olunacağına işarə edir. İnternetdə Honor 90 GT-nin yeni fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfon yastı ekranı və ekran üzərində kiçik dairəvi çıxıntını əldə edəcək.
         Arxa paneldən isə smartfon iki ədəd kamera obyektivi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, ortaya çıxmış bu fotodakı smartfon dünən məlumatı yayılmış fotodakı smartfondan tamamilə fərqlənir. Hər halda yekun dizayn məhz təqdimatdan sonra bilinəcək. Texniki göstəricilərə gəldikdə isə Honor 90 GT-nin Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı, 24 GB RAM ilə təchiz olunacağı, 50 MP-lik əsas arxa kameraya sahib olacağı və 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 90 GT-nin keyfiyyətli fotosu ortaya çıxıb
    honor-90-gt-nin-keyfiyyetli-fotosu-ortaya-cixib
    Honor Magic 6 Pro-nun bəzi imkanları açıqlanıb
    honor-magic-6-pro-nun-bezi-imkanlari-aciqlanib
    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
    qatlana-bilen-smartfonlar-bazari-ele-kecirmeye-davam-edirler
    Honor Magic 6 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
    honor-magic-6-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    Qatlana bilən qapaqlı Honor Magic Flip nə zaman təqdim olunacaq?
    qatlana-bilen-qapaqli-honor-magic-flip-ne-zaman-teqdim-olunacaq