Logo
    main-post-cover

    Honor GT Pro smartfonu barəsində təfərrüatlar təqdim edilib

    Cihazlar+
    27.02.2025
    Emil
         Honor şirkəti keçən ilin dekabr ayının ortasında Honor GT smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun Pro versiyası üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Honor GT Pro smartfonu barəsində yeni təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə inansaq, Honor tərəfindən hazırlanan bu smartfon 1.5K keyfiyyətli 6.78 düym ölçülü ekranla təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.
         İnsayder bildirib ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və bu, sözügedən prosessor vasitəsilə çalışan ən ucuz qiymətli smartfon oal bilər. Məlumatda qeyd edilib ki, Honor GT Pro-nun 6000-7000 mAh enerji tutumlu batareyanı və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi gözlənilir. Honor GT Pro-nun bu ilin ortasında təqdim olunacağı güman edilir.
    Paylaş