Logo
    main-post-cover

    Honor GT smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.12.2024
    Emil
         Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni smartfonu olan Honor GT-ni təqdim edib. Smartfonun orta büdcəli olmasına baxmayaraq o, flaqman Snapdragon prosessoru vasitəsilə çalışır. Beləliklə Honor GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2664x1200 piksel keyfiyyətli 6.7 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı Honor GT-nin gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (f/1.95 diafraqma, optik stabilizasiya, elektron stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi, avtofokus) ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor GT artıq Çində satışa çıxıb və onun qiyməti 300$-dan start götürür. Smartfonun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir
    Paylaş