Logo
    main-post-cover

    Honor ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışdığını rəsmi şəkildə təsdiqləyib

    Cihazlar+
    28.02.2024
    Emil
         Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. İndi isə bu məlumat şirkət tərəfindən rəsmi şəkildə təsdiqlənib. Məlumatı Honor şirkətinin CEO-su George Zhao təqdim edib. CNBC kanalına müsahibəsində Honor CEO-su bildirib ki, şirkət öz ilk qatlana bilən qapaqlı smartfonunun son hazırlanma mərhələsindədir. Əgər hər şey yolunda getsə, şirkət sözügedən smartfonu artıq bu il ərzində təqdim edəcək. Təəssüflər olsun ki, müsahibə çərçivəsində Honor CEO-su smartfonun texniki göstəriciləri barəsində məlumat verməyib. Lakin daha öncəki məlumat sızıntılarına əsasən smartfon 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Onu da qeyd etmək lazımdır ki, Honor-un ilk qatlana bilən qapaqlı smartfonunun Honor Magic Flip adlanacağı gözlənilir.
    Paylaş