Logo
    main-post-cover

    Honor Magic V3-ün qlobal versiyası Geekbench testlərindən keçib

    Cihazlar+
    12.08.2024
         Honor şirkəti keçən ay Çində qatlana bilən Honor Magic V3 smartfonunu təqdim etdi. İndi isə şirkət sözügedən smartfonu qlobal bazarda satışa çıxartmağa hazırlaşır. Məlum olub ki, Honor Magic V3-ün qlobal versiyası FCP-N49 model nömrəsi ilə Geekbench-in məlumatlar bazasında ortaya çıxıb. Geekbench sayəsində məlum olub ki, Honor Magic V3-ün qlobal versiyası Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı smartfonun qlobal versiyası qutudan Android 14-ü əldə edəcək. Məlumata əsasən qlobal versiya Geekbench-in bir nüvəli testi çərçivəsində 1914 xal, çox nüvəli testi çərçivəsində isə 5354 xal toplayıb. Honor Magic V3-ün qlobal versiyası artıq yaxın zamanda təqdim oluna bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor Magic V3-ün qlobal versiyası Geekbench testlərindən keçib | Technote