main-post-cover

    Honor Magic V3-ün qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub

    Cihazlar+
    23.08.2024
    Emil Nəcəfov
        Honor şirkəti bir neçə müddət bundan öncə elan etdi ki, o, sentyabr ayının əvvəlində Almaniyada baş tutacaq IFA 2024 sərgisində iştirak edəcək. Şirkətin bu sərgi çərçivəsində təqdimat tədbiri 5 sentyabr tarixində keçiriləcək. Şirkət artıq rəsmi şəkildə anons edib ki, keçiriləcək tədbirdə qatlana bilən Honor Magic V3 smartfonunun, Honor MagicPad 2 planşetinin və Honor MagicBook Art 14 noutbukunun qlobal versiyaları təqdim ediləcək.
         İndi isə insayderlər Honor Magic V3 smartfonunun qlobal bazarda hansı qiymətə satılacağı barəsində məlumatı bölüşüblər. Beləliklə insayderlər bildiriblər ki, Honor Magic V3 qlobal bazarda yalnız bir versiyada satışa çıxacaq. Söhbət, smartfonun 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyasından gedir. Məlumatda qeyd edilib ki, bu versiyanın qlobal bazarda qiyməti 1999 avro təşkil edəcək. Bununla yanaşı insayderlər əlavə ediblər ki, Honor Magic V3-ün qlobal versiyası 3 gövdə rənginə sahib olacaq. Qara, yaşıl və qəhvəyi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 200 Smart smartfonunun render fotoları və texniki imkanları ortaya çıxıblar
    honor-200-smart-smartfonunun-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixiblar
    Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər
    xiaomi-honor-ve-huawei-ilin-sonuna-kimi-tandem-oled-ekrana-sahib-plansetlerini-teqdim-edecekler
    Qatlana bilən Honor Magic V3-ün qlobal versiyasının təqdimatını anons edib
    qatlana-bilen-honor-magic-v3-un-qlobal-versiyasinin-teqdimatini-anons-edib
    Honor Magic 7 Pro-nun render fotosu təqdim edilib
    honor-magic-7-pro-nun-render-fotosu-teqdim-edilib
    Honor Magic V3-ün qlobal versiyası Geekbench testlərindən keçib
    honor-magic-v3-un-qlobal-versiyasi-geekbench-testlerinden-kecib