
Honor Play 7T və Play 7T Pro smartfonları təqdim edilib - QİYMƏTİ
Honor şirkəti öz yeni smartfonlarını təqdim edib. Söhbət, Honor Play 7T və Play 7T Pro-dan gedir. Sözügedən smartfonlar öz aralarında xarici görünüş, sahib olduqları prosessor, ön kamera və batareya göstəriciləri baxımından fərqlənirlər. Digər bütün özəlliklər üzrə smartfonlar eynidir. Beləliklə hər iki smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.74 düym IPS ekran ilə təchiz olunub. Adi Honor Play 7T-nin ekranı üzərində damcı formalı çıxıntı, Play 7T Pro-nun ekranı üzərində isə kiçik dairəvi formalı çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası hər iki smartfonda yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Honor Play 7T modeli MediaTek Dimensity 6020, Play 7T Pro modeli isə MediaTek Dimensity 700 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 50 MP + 2 MP ikili arxa kamera ilə təchiz olunub. Honor Play 7T 5 MP-lik, Play 7T Pro isə 8 MP-lik ön kameraya sahibdir. Batareya göstəricilərinə gəldikdə isə Honor Play 7T modeli 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh, Play 7T Pro modeli isə 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon MagicUI 6.1 interfeysli Android 12 vasitəsilə çalışır. Honor Play 7T smartfonları aprel ayının əvvəlində Çində satışa çıxacaqlar. Honor Play 7T-nin qiyməti 160$-dan, Play 7T Pro-nun qiyməti isə 218$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər