Logo
    main-post-cover

    Honor qatlana bilən qapaqlı smartfonunu nə zaman təqdim edəcək?

    Cihazlar+
    13.11.2023
    Emil
         Honor şirkəti artıq bir neçə ildir ki, qatlana bilən smartfonlarını satışa çıxarır. Lakin şirkət hələ ki, yalnız Fold form-faktorlu qatlana bilən smartfonları təqdim edib. İndi isə şirkət öz üçün fərqli form-faktorlu qatlana bilən smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən söhbət, Flip form-faktorlu qatlana bilən qapaqlı smartfondan gedir. Sözügedən smartfon bazara Honor Magic Flip adı ilə satışa çıxa bilər.
         İnsayder bildirib ki, Magic Flip 2024-cü ilin birinci rübündə təqdim edilməlidir. Smartfonun texniki göstəriciləri barəsində ətraflı məlumat yoxdur. Sadəcə olaraq güman edilir ki, Magic Flip 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, OPPO Find N3 Flip smartfonu 4300 mAh, Galaxy Z Flip 5 smartfonu isə 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
    Paylaş