Logo
    main-post-cover

    Honor V2 Lite adlı yeni qatlana bilən smartfon hazırlanır

    Cihazlar+
    16.08.2023
    Emil
        Honor şirkəti keçən ay yeni qatlana bilən smartfonu Honor Magic V2-ni təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Bununla yanaşı son zamanlarda ortaya çıxmış məlumata əsasən şirkət üstəlik keçən ilki Honor Magic Vs modelinin davamçısı üzərində də çalışır. Dəqiq fakt ondan ibarətdir ki, Honor hal hazırda bir neçə qatlana bilən smartfon üzərində çalışır.
        İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən onlardan biri də Honor Magic V2 Lite modeli olacaq. Bu yeni qatlana bilən smartfonun keçən ay təqdim edilmiş Honor Magic V2-nin bir qədər sadələşdirilmiş versiyası olacağı gözlənilir. Satış qiyməti baxımından da Honor Magic V2 Lite modeli Honor Magic V2-dən nisbətən ucuz olacaq. Belə ki, məlumatda qeyd edilib ki, Honor Magic V2 Lite modeli Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Honor Magic V2 Lite modelinin nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər