Logo
    main-post-cover

    Honor X50 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.07.2023
    Emil
        Honor şirkəti Honor X smartfon seriyasının 10 yaşı tamam olması münasibətilə Honor X50 smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfon xarici görünüşcə flaqman smartfonu xatırladır. Lakin bununla belə Honor X50 özündə bəzi flaqman özəllikləri birləşdirir. Honor X50 ilk növbədə Snapdragon prosessoru, böyük həcmli batareyası, su və tozdan qorunma özəlliyi ilə fərqlənir. Beləliklə yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfiyyətli 6.78 düym OLED ekranla təchiz olunub.
        Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Honor X50-nin gövdəsi IP53 standartı üzrə sudan və tozdan qorunur. Lakin smartfonda kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip mövcud deyil.
        Əsas texniki göstəricilər baxımından Honor X50 Snapdragon 6 Gen 1 prosessoru, 8/12/16/ GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. Smartfon 14 iyul tarixində Çin bazarında satışa çıxacaq. Lakin onun qlobal bazarda satışa çıxacağı da istisna deyil. Honor X50-nin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 128 GB yaddaş - 193$
    - 8 GB RAM + 256 GB yaddaş - 221$
    - 12 GB RAM + 256 GB yaddaş - 248$
    - 16 GB RAM + 512 GB yaddaş - 276$.
    Paylaş
    Bənzər xəbərlər