
Huawei Mate 60-ın 5G dəstəkli versiyası təqdim ediləcək
Huawei Mate 60 flaqman smartfonunun yaxın zamanda təqdim olunacağı gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət sözügedən smartfonun 5G dəstəkli versiyasını təqdim edəcək. Onun sözlərinə əsasən şirkət smartfonun 5G dəstəkli versiyasını artıq test etməyə başlayıb. İnsayder təqdim etmiş olduğu məlumatda 4G/5G dual version ifadəsini işlədib. Bu ifadənin isə Mate 60-ın həm 4G həm də 5G versiyada olacağına və ya smartfonun 4G versiyasının əlavə 5G modem ilə təchiz olunacağına işarət etdiyi bilinmir. Qeyd etmək lazımdır ki, son zamanlarda Huawei şirkətinin öz yeni smartfonlarında 5G dəstəyini reallaşdıra biləcəyi barəsində çoxlu sayda məlumat ortaya çıxır. Bunun olacağı halda şirkət smartfonlar bazarındakı mövqelərini yenidən genişləndirə bilər.
Paylaş
Bənzər xəbərlər