Logo
    main-post-cover

    Huawei P60 ilə qatlana bilən Mate X3-ün qlobal versiyalarının nə zaman təqdim olunacaqları məlum olub

    Cihazlar+
    27.03.2023
    Emil
        Keçən həftə Huawei şirkəti Çində P60 smartfon seriyası ilə qatlana bilən Mate X3 smartfonunu təqdim etmişdi. İndi isə şirkət sözügedən smartfonların qlobal versiyalarının təqdimatlarına hazırlaşır. İnsayderlər P60 ilə Mate X3-ün qlobal versiyalarının təqdimatlarına aid olan posterin fotosunu təqdim ediblər. Təqdim edilmiş posterə əsasən Huawei öz yeni smartfonlarının qlobal versiyalarını 9 may tarixində təqdim edəcək. Təqdimat tədbiri isə Almaniyada keçiriləcək.
    Paylaş
    Bənzər xəbərlər