
Huawei Pura 70 Ultra bençmark testlərindən keçib
Cihazlar+
18.04.2024
Farid
Biraz əvvəl Huawei şirkəti Pura 70 smartfon seriyasını təqdim etdi. Bu seriyaya daxil olmuş modellərdən biri də Huawei Pura 70 Ultra oldu. Qeyd etmək lazımdır ki, bu smartfon şirkətin yeni prosessoru olan Kirin 9010 vasitəsilə çalışır. Məlum olub ki, ilk alıcılar artıq Huawei Pura 70 Ultra-nı AnTuTu və Geekbench 6.2 bençmarklarında testlərdən keçiriblər. Beləliklə smartfon AnTuTu-da ümumilikdə 979 511 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Kirin 9000 prosessoruna sahib Mate 60 smartfonu AnTuTu-da ümumilikdə 700 000 xal toplayır. Geekbench 6.2-yə gəldikdə isə yeni smartfon onun bir nüvəli testi çərçivəsində 1447 xal, çox nüvəli testi çərçivəsində isə 4765 xal toplayıb.


Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
