Logo
    main-post-cover

    Huawei smartfonlarında etiraz aksiyalarının videoları istifadəçilərdən xəbərsiz silinir

    Cihazlar+
    02.12.2022
    Emil
        Çində COVID-19 pandemiyası ilə əlaqədar müxtəlif məhdudiyyətlər səbəbilə ölkədə etiraz aksiyaları keçirilir. Bu hadisələrin fonunda internetdə ortaya çıxmış məlumata əsasən Huawei smartfonları vasitəsilə etiraz aksiyalarının çəkilmiş videoları bilinməyən səbəbə görə smartfonlardan yoxa çıxırlar. Huawei smartfonlarının istifadəçiləri qeyd ediblər ki, smartfonlar onların xəbərləri olmadan bu cür videoları silirlər. Bunun necə baş verdiyi bilinmir.
        Bununla yanaşı Huawei smartfonlarının istifadəçiləri bu məsələ ilə bağlı şirkətdən hər hansısa bildirişi də əldə etməyiblər. Digər brendlərin smartfonlarında bu cür hallara rast gəlinməyib. Huawei smartfonlarındakı Gallery bölməsinin hansı üsulla senzuraya məruz qaldığı məlum deyil. Ola bilər ki, şirkət müddətli taglardan və geolokasiya məlumatlarından istifadə edir. Qeyd etmək lazımdır ki, baş verən etiraz aksiyaları nəticəsində Çin hökuməti Henyan və Quandun əyalətlərində COVID-19 məhdudiyyətlərini bir qədər yumşaldıb.
    Paylaş
    Bənzər xəbərlər