Infinix Note 40 4G və Note 40 Pro 4G smartfonları təqdim olunub - QİYMƏTİ
Cihazlar+
18.03.2024
Emil Nəcəfov
Infinix şirkəti Note 40 4G və Note 40 Pro 4G smartfonlarını təqdim edib. Bu smartfonlar xarici görünüşcə bir qədər bir-birilərinə bənzəyirlər. Onların bəzi texniki göstəriciləri də oxşardır. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2436x1080 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Sadəcə olaraq adi Infinix Note 40 4G-də ekran yastı, Infinix Note 40 Pro 4G-də isə kənarları bir qədər əyilmiş dizayndadır. Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Üstəlik bu smartfonların gövdələri IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Smartfonlar özlərində stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Hər iki smartfon həmçinin MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır.
Infinix Note 40 4G modeli özündə yalnız 8 GB RAM-ı, Infinix Note 40 Pro 4G isə 8/12 GB RAM-ı birləşdirir. Smartfonların daxili yaddaş həcmləri də eynidir. Söhbət, 256 GB-lıq daxili yaddaş həcmindən gedir. Adi Infinix Note 40 4G modeli 108 MP + 2 MP + 0.08 MP üçlü arxa kameranı, Infinix Note 40 Pro 4G modeli isə 108 MP + 2 MP + 2 MP üçlü arxa kameranı əldə edib. Hər iki smartfonda ön kamera və batareya həcmi eynidir. Yəni 32 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya. Lakin smartfonların dəstəklədikləri sürətli şarj texnologiyasının gücü fərqlənir. Belə ki, Infinix Note 40 4G modeli 45 vatt gücündə, Infinix Note 40 Pro 4G modeli isə 70 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edib.
Sözügedən smartfonların əsas özəlliklərindən biri də onların iPhone-larda olan MagSafe analoqunu dəstəkləmələridir. Infinix smartfonları halında söhbət, MagCharge naqilsiz şarj texnologiyasından gedir. Nəticədə Infinix Note 40 4G və Note 40 Pro 4G modelləri 20 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdirlər. Üstəlik bu smartfonlarda yüksək sıxlığa sahib batareyalardan istifadə olunur. Beləliklə smartfonların batareyaları hətta 1600 dövr şarj prosesinə tab gətirə bilirlər və bu halda onlar öz həcmlərinin 80%-ni qoruyub saxlayırlar.
Sözügedən smartfonlarda reallaşdırılmış Bypass Charging 2.0 adlı texnologiya smartfonlardan intensiv istifadə və ya video izləmə zamanı cərəyanın birbaşa ana plataya ötürülməsi üçün onu filtrasiya edir. Bu isə öz növbəsində smartfonların qızmalarının qarşısını alır. Bu smartfonlar qutudan Android 14 vasitəsilə çalışırlar. Infinix Note 40 4G ilə Note 40 Pro 4G-nin satışlarına bu ay ərzində start verilməlidir. Adi Infinix Note 40 4G-nin qiyməti 199$ təşkil etməli, Note 40 Pro 4G-nin qiyməti isə 259$-dan start götürməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!