Logo
    main-post-cover

    Infinix öz ilk qatlana bilən smartfonunu hazırlayır

    Cihazlar+
    05.04.2024
         Smartfon istehsalçıları arasında artıq bəziləri Flip form-faktorlu qatlana bilən qapaqlı smartfonlara sahibdirlər. Maraqlısı ondadır ki, qatlana bilən smartfon formatları arasında məhz Flip form-faktoru alıcılar arasında daha məşhurdur. Yaxın zamanda isə daha bir smartfon istehsalçısı özünün Flip form-faktorlu smartfonunu təqdim edəcək. Söhbət, Infinix şirkətindən gedir. Sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında Infinix şirkətinin bu cür smartfon üzərində çalışdığı qeyd edilib. Məlumatlar bazasında smartfonun Infinix Zero Flip adlanacağı əks olunub. Bununla yanaşı smartfon X6962 model nömrəsinə sahibdir. Infinix Zero Flip-in texniki göstəriciləri və onun nə zaman təqdim olunacağı barəsində hələ heç bir məlumat yoxdur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Infinix öz ilk qatlana bilən smartfonunu hazırlayır | Technote