
iPhone 12 üçün olan yenilənmiş Lightning şarj naqilinin real fotoları sızdırılıb
Cihazlar+
24.07.2020
Emil
Son məlumat sızıntılarına əsasən bu ilki iPhone 12 modellərinin qutularında Lightning naqilindən başqa heç bir aksessuar olmayacaq. Bununla belə bir çoxları qeyd edirlər ki, qutuda olacaq Lightning naqili 2012-ci ildən bu vaxta kimi ilk dəfə yenilənəcək. İndi isə iPhone 12-nin əldə edəcəyi yenilənmiş Lightning naqilinin real fotoları sızdırılıb. Bu barədə 9to5mac saytı xəbər verib. Yeni iPhone modelləri üçün nəzərdə tutulmuş yenilənmiş Lightning naqilinin real fotolarını L0vetodream ləqəbli insayder təqdim edib.

Fotolardan da görmək olar ki, yenilənmiş Lightning naqili daha dözümlü materialdan hazırlanmış örtüyə sahib olacaq. Qeyd etmək lazımdır ki, bu vaxta kimi olmuş köhnə Lightning naqillərinin örtükləri polimer materialdan hazırlanmışdı. Buna görə də həmin Lightning modelləri daha tez müddətdə yararsız hala düşürdülər. Bundan əlavə olaraq yenilənmiş şarj naqilinin əsas özəlliyi ondan barətdir ki, onun başlığı USB Type-A deyil USB Type-C standartındadır.
Təqdim edilmiş fotolarda şarj naqili təkcə ağ rəngdə deyil həmçinin qara rəngdə də əks olunub. Qara rəngli şarj naqilinin başlıq hissəsində həmçinin əyilməyə dözümlü örtük də var. Müxtəlif rəng variantlarına sahib şarj naqilləri arasında bu cür fərqin nəyə görə olduğu bilinmir. iPhone 12 modellərinin sentyabr ayında təqdim olunacaqları gözlənilir. Lakin bəzi mütəxəssislərin fikirlərinə əsasən koronavirus pandemiyası səbəbilə şirkət təqdimat tədbirini bir qədər gecikdirə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
