iPhone 14 Pro modelləri ekran üzərindəki standart çıxıntı hissədən məhrum ola bilərlər
Cihazlar+
09.12.2021
Farid Pardashunas
Hal hazırda aktual olan iPhone 13 modelləri bir neçə ay bundan öncə təqdim olunmuşdular. Lakin buna baxmayaraq artıq indidən iPhone 14 modelləri barəsində məlumatlar ortaya çıxmağa başlayır. Beləliklə The Elec adlı saytın verdiyi məlumata əsasən növbəti nəsil iPhone modelləri ekran üzərində standart çıxıntı hissədən məhrum olacaqlar. Bunun yerinə onların ekranlarında ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Məlumatda qeyd edilib ki, bu özəllik yalnız Pro modellərini əhatə edəcək. Yəni yalnız iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinin ekranlarında standart çıxıntı hissə olmayacaq.
iPhone 14 və iPhone 14 Max modelləri isə ənənəvi çıxıntı hissə ilə təchiz olunacaqlar. Məlumata əsasən iPhone 14 Pro modelləri üçün ekranları LG Display şirkəti, adi iPhone 14 modelləri üçün isə BOE şirkəti istehsal edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, iPhone 13 və iPhone 13 mini modellərində olduğu kimi iPhone 14 və iPhone 14 Max modellərinin ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib lacaqlar. Ön kameraya gəldikdə, məlumatda qeyd edilib ki, iPhone 14 Pro modelləri 48 MP-lik ön kamera ilə təchiz olunacaqlar. Adi iPhone 14 modellərinin ön kamera göstəricilərində bir dəyişiklik olub-olmayacağı bilinmir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!