
iPhone 15 hansı gücdə şarj texnologiyasını dəstəkləyəcək?
İnternetdə iPhone 15 barəsində yeni məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər iPhone 15 seriyasının şarj texnologiyasının gücündən danışıblar. İnsayderlərin sözlərinə əsasən USB Type-C-yə keçid etməklə Apple iPhone 15 seriyasında şarj gücünü 35 vatt göstəriciyə yüksəltməyi planlaşdırır. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 maksimum 30 vatt şarj gücünü dəstəkləyir. Lakin 35 vatt göstəricidə şarj gücünü bütün iPhone 15 modellərində gözləmək lazım deyil. Apple çox güman ki, bunu yalnız iPhone 15 Pro ilə iPhone 15 Pro Max-da reallaşdıracaq. iPhone 15 ilə iPhone 15 Plus isə çox güman ki, 27-30 vatt şarj gücünə sahib olacaqlar.
Paylaş
Bənzər xəbərlər