iPhone 15 Pro Max-ın kameralarından biri barəsində məlumatlar sızdırılıb

iPhone 15 Pro Max-ın kameralarından biri barəsində məlumatlar sızdırılıb

Mobil Cihazlar
06.09.2023 PAYLAŞIM

    Apple gələn həftənin ikinci günü iPhone 15 smartfon seriyasını təqdim edəcək. Təqdimata sayılı günlər qaldığına görə bu smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxmış fotoda iPhone 15 Pro Max-ın kameralarından birinin özəlliklərini özündə birləşdirən Apple saytının əks olunduğu iddia edilir. Bu fotonun saxta və ya real olduğu bilinmir. Buna görə də fotoya bir qədər şübhə ilə yanaşmaq lazımdır. Beləliklə fotoda əks olunmuş mətnə əsasən iPhone 15 Pro Max-ın sahib olacağı periskop kamera obyektivi 85 mm-lik fokus məsafəsinə sahib olacaq. Bu isə təqribi olaraq 3.5 qat zoom-a yaxındır. Bununla yanaşı mətndə qeyd edilib ki, kameranın diafraqma göstəricisi f/2.8, kamera sensorunun ölçüsü isə 1/1.9 düym təşkil edəcək. 




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×