
iPhone 15 Pro-nun maketinin fotoları təqdim edilib
iPhone 15-in təqdimatı yaxınlaşdıqca onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə iPhone 15 Pro modeli barəsində yeni məlumatlar verilib. Belə ki, insayderlər iPhone 15 Pro-nun maketinin fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolar sözügedən smartfonun xarici görünüşü barəsində təsəvvürlərin formalaşmasına yardımçı olurlar. Fotolardan da görmək olar ki, ekran üzərindəki Dynamic Island çıxıntısını nəzərə almasaq, iPhone 15-in dizaynı iPhone 14-ün dizaynına bənzəyir. Lakin digər tərəfdən qeyd etmək lazımdır ki, iPhone 15-də ekran ətrafı çərçivələr çox nazik olacaqlar. Bəzi məlumatlara əsasən həmin çərçivələrin qalınlıqları 1.55 mm təşkil edəcək. Digər bir yenilik isə Lightning girişinin USB Type-C girişi ilə əvəzlənməsi olacaq.
Paylaş
Bənzər xəbərlər