iPhone 15 smartfonları Qi2 naqilsiz şarj texnologiyası standartını dəstəkləyəcəklər

iPhone 15 smartfonları Qi2 naqilsiz şarj texnologiyası standartını dəstəkləyəcəklər

Mobil Cihazlar
26.05.2023 PAYLAŞIM

    Dünən məlumat ortaya çıxmışdı ki, iPhone 15 smartfonları Qi standartı üzrə çalışan naqilsiz şarj cihazları vasitəsilə şarj olunan zaman enerji cərəyanının gücü baxımından heç bir məhdudiyyətə sahib olmayacaqlar. İndi isə insayderlər iPhone 15 smartfonlarında olacaq naqilsiz şarj texnologiyası barəsində yeni məlumatı təqdim ediblər. Onların sözlərinə əsasən bütün iPhone 15 modelləri Qi2 adlı naqilsiz şarj texnologiyası standartının dəstəyinə sahib olacaqlar.

    Wireless Power Consortium adlı konsorsiumun verdiyi məlumata əsasən Qi2 standartı üzrə çalışan naqilsiz şarj cihazları bu ilin sonuna kimi satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, Apple da bu standart vasitəsilə çalışacaq naqilsiz şarj cihazının hazırlanması ilə məşğul olur. Qi2 standartı Apple MagSafe protokoluna əsaslanır. Bu isə o deməkdir ki, bu standart vasitəsilə çalışacaq naqilsiz şarj cihazları iPhone 15 smartfonlarını MagSafe Charger kimi 15 vatt gücündə şarj prosesi ilə təmin edə biləcəklər. Qeyd etmək lazımdır ki, hal hazırda MFi (Made for iPhone) sertifikatına sahib olnmayan kənar naqilsiz şarj cihazları iPhone-ları yalnız 7.5 vatt gücündə şarj prosesi ilə təmin edə bilirlər.




DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×