
iPhone 16 Pro-nun iki fərqləndirici özəlliyi açıqlanıb
iPhone 15 smartfon seriyası artıq gələn ayın ortasında təqdim ediləcək. Təqdim olunacaq iPhone 15 smartfon seriyasında ən çox nəzərə çarpacaq yenilik isə Lightning girişindən USB Type-C girişinə keçid olacaq. Lakin çox güman ki, şirkət artıq indidən gələn ilki iPhone modelləri üçün planlara sahibdir. Jeff Pu adlı insayder gələn ilki Apple smartfonları barəsində fikirlərini səsləndirib. Onun sözlərinə əsasən Apple gələn il iPhone 16 Pro-da əsas diqqətini Wi-Fi 7 texnologiyasının dəstəklənməsinə və genişbucaqlı çəkilişlər üçün 48 MP-lik kameranın inteqrasiyasına istiqamətləndirəcək.
Paylaş
Bənzər xəbərlər