main-post-cover

    iPhone 16 və Galaxy S24 smartfonlarının RAM yaddaşlarında artım olmayacaq

    Cihazlar+
    12.12.2023
    Emil Nəcəfov
         Süni zəka funksiyalarına tələbatın artması ilə smartfonlarda da RAM yaddaşının artma prosesi gedir. Şirkətlər artıq öz müştərilərinə 16/24 GB RAM-a sahib smartfonları təqdim etməyə başlayıblar. Lakin insayderlərin vermiş olduqları məlumata əsasən süni zəka funksiyalarına tələbatın artmasına baxmayaraq Galaxy S24 iPhone 16 smartfon seriyalarının modelləri hal hazırda aktual olan Galaxy S23 və iPhone 15 seriyalarının modellərinin sahib olduqları göstəricilərdə RAM yaddaşlarını əldə edəcəklər.
         Məsələ burasındadır ki, RAM yaddaşlarının qiymət artımı və birbaşa smartfonlarda işə düşəcək lokal süni zəka modellərinin istifadə məqsədlərinin hələ olmaması səbəbləri ilə gələn il smartfon istehsalçıları öz cihazlarında RAM yaddaşlarının artırılması trendinə aktiv şəkildə qoşulmayacaqlar. Əsasən də Samsung Apple öz cihazlarında RAM yaddaşı göstəricisini hələ ki, olduqları kimi saxlayacaqlar. Bu isə o deməkdir ki, yaxın zamanda təqdim olunacaq Galaxy S24 smartfonları 8/12 GB RAM, iPhone 16 iPhone 16 Plus modelləri 6 GB RAM, iPhone 16 Pro iPhone 16 Pro Max modelləri isə 8 GB RAM ilə təchiz olunacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Fit 3 smart qolbağının bəzi texniki imkanları ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-bezi-texniki-imkanlari-ortaya-cixib
    Apple aksesuarlar;nda Lightning girişi USB-C ilə nə zaman əvəzlənəcək
    apple-aksesuarlarnda-lightning-girisi-usb-c-ile-ne-zaman-evezlenecek
    Samsung Galaxy S24 smartfonlarının kamera göstəriciləri açıqlanıb
    samsung-galaxy-s24-smartfonlarinin-kamera-gostericileri-aciqlanib
    Samsung Galaxy A25 təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a25-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A15 təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-a15-teqdim-edilib-qiymeti