
iPhone 16 və iPhone 16 Plus ekranları 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar
Mobil Cihazlar
20.11.2023
Emil Noisy
Gələn il təqdim olunacaq iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 və iPhone 16 Plus modellərinin ekranları çox güman ki, 60 Hz-lik təsvir yenilənməsinə sahib olacaqlar. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən iPhone 16 və iPhone 16 Plus smartfonları LTPS texnologiyası vasitəsilə hazırlanmış 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranları əldə edəcəklər. Məlumatda qeyd edilib ki, adi iPhone 16 modeli 6.12 düym, iPhone 16 Plus isə 6.69 düym ekranla təchiz olunacaq. Yəni iPhone 15 və iPhone 15 Plus ilə müqayisədə gələn ilki smartfonların ekranlarında dəyişiklik olmayacaq. iPhone 16 Pro ilə iPhone 16 Pro Max-a gəldikdə isə insayderlər bildiriblər ki, birinci modelin ekranı 6.3 düym-dən 6.9 düym-ə, ikinci modelin ekranı isə 6.27 düym-dən 6.86 düym-ə böyüyəcək.
Linki kopyala
Həftənin xəbərləri

