
iPhone 17 seriyasında Android smartfonların kamera texnologiyası reallaşdırılacaq
Cihazlar+
24.07.2024
Emil
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən növbəti illərdə iPhone kameralarında ciddi dəyişikliklər gözlənilir. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkəti öz smartfonlarına artıq uzun illərdir Android smartfonlarda istifadə edilən kamera texnologiyasını gətirmək niyyətindədir. Belə ki, The Information saytı xəbər verib ki, gələn il təqdim olunacaq iPhone 17 smartfon seriyasında Apple dəyişkən diafraqmalı kameradan istifadə etmək niyyətindədir.
Qeyd etmək lazımdır ki, dəyişkən diafraqmalı kamera texnologiyası hələ 2018-ci ildə təqdim edilmiş Samsung Galaxy S9 smartfonunda tətbiq edilmişdi. İndi isə bu texnologiyaya Çindən olan istehslaçıların flaqman smartfonlarında rast gəlmək olar. Dəyişkən diafraqmalı kamera texnologiyası matrisa tərəfindən udulan işığın miqdarını tənzimləməyə və kadrdakı fonun bulanıqlıq səviyyəsini ayarlamağa imkan verir. Çox güman ki, gələn bu texnologiyanı eksklüziv olaraq yalnız iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri əldə edəcəklər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
