
Kompakt ölçülü ASUS ROG Iceblade X kompüteri təqdim edilib - QİYMƏTİ
Cihazlar+
04.04.2024
Sabina
ASUS şirkəti ROG Iceblade X adlı kompakt ölçülü kompüterini təqdim edib. Şirkətin bu kompakt ölçülü kompüteri metal materialdan hazırlanmış gövdəni əldə edib və onun ölçüləri 11.5 x 32.3 x 28.69 sm, həcmi isə 10 litr təşkil edir. Kompüter həmçinin RGB işıqlandırmaya və maye soyutma sisteminə sahibdir. Kompüter iki versiyada təqdim olunub. Birinci versiya Intel i7-14700KF prosessoruna, ikinci versiya isə Intel i9-14900KF prosessoruna sahibdir. Hər iki versiyada videokart qismində NVIDIA GeForce RTX 4070 Super çıxış edir.

ASUS ROG Iceblade X həmçinin SO-DIMM DDR5 standartlı 32 GB RAM və 1 TB-lıq SSD ilə təchiz olunub. Kompüterin ön hissəsində USB 3.2 Gen 2 Type-A, USB 3.2 Gen 2 Type-C girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş yerləşir. Arxa paneldə isə Display 1.4a, adi HDMI, HDMI 2.1, USB-A 2.0 və USB 3.2 Gen 1 Type-A girişləri yerləşir. Kompüterin ana platası həmçinin Wi-Fi 6E dəstəyinə sahibdir. ASUS ROG Iceblade X-i artıq Çində ön sifariş etmək olar. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir. Kompüterin Çin bazarındakı qiymətləri aşağıdakı kimidir:
- Intel i7-14700KF prosessoruna sahib versiya - 1935$
- Intel i9-14900KF prosessoruna sahib versiya - 2211$.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
