
Kompakt ölçülü ASUS ROG NUC 2025 kompüteri təqdim edilib
Cihazlar+
10.01.2025
Emil
ASUS şirkəti CES 2025 sərgisi çərçivəsində ROG NUC 2025 adlı kompakt ölçülü kompüterini təqdim edib. Öz kompakt ölçüsünə baxmayaraq bu kompüter yüksək keyfiyyətli oyunları işə salmağa qadirdir. Bu öz növbəsində kompüterin güclü texniki imkanları hesabına mümkün olub. ASUS ROG NUC 2025 kompüteri Intel Core Ultra 200HX seriyasının prosessorları vasitəsilə çalışır. Alıcılar Core Ultra 9-a kimi təqdim edilmiş variantlardan birini seçə bilərlər.

Qrafik prosessor qismində isə 16 GB-lıq VRAM-a sahib NVIDIA GeForce RTX 5080 videokartı çıxış edir. Bununla yanaşı kompüter özündə DDR5-5600 SO-DIMM standartlı 96 GB-a kimi RAM-ı birləşdirir. Kompüterin daxilinə iki ədəd SSD yerləşdirmək mümkündür. Bunun üçün onun daxilində iki slot girişi mövcuddur. ASUS ROG NUC 2025 özündə Thunderbolt 4/USB4, USB Type-A 3.2 Gen 2, USB Type-C, HDMI 2.1, DisplayPort 2.1 və Ethernet girişlərini birləşdirir. Kompüterə 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli monitorları qoşmaq olar. ASUS ROG NUC 2025 bu ilin birinci rübündə satışa çıxacaq. Onun hansı qiymətə satılacağı isə bilinmir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
