Logo
    main-post-cover

    Lenovo 90 dərəcə fırlanan ekrana sahib təcrübi noutbukunu təqdim edib

    Cihazlar+
    05.09.2025
    Emil
         Berlin-də keçirilən IFA 2025 sərgisi maraqlı və perspektivli cihazlarla sevindirməyə davam edir. Lenovo tədbirin aktiv iştirakçısıdır və daha əvvəl KİV-də Project Pivo işçi adı ilə tanınmış qeyri-adi fırlanan ekranlı noutbuku təqdim edib. İstehsalçı bildirib ki, bu təcrübi noutbukun rəsmi adı Lenovo ThinkBook VertiFlex-dir. Texniki baxımdan o, standart iş noutbukundan çox da fərqlənmir, lakin bir özəlliyi var - ekranı 90 dərəcə fırlanır və bu da cihazı həm üfüqi, həm də şaquli rejimdə rahat istifadə etməyə imkan verir. Lenovo VertiFlex-in ətraflı xüsusiyyətlərini açıqlamasa da, məlumdur ki, onun 14 düym ölçülü ekranı var, 2 Thunderbolt girişi, 1 USB-A girişi, HDMI və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi var. Cihazın ölçüləri də diqqət çəkir: qalınlığı 17.9 mm, çəkisi isə 1.39 kq təşkil edir. Nəticə etibarilə sözügedən noutbukun kütləvi şəkildə istehsal olunub-olunmayacağı bilinmir.
    Paylaş