
Lenovo artıq Legion Go 2 portativ oyun konsolu üzərində çalışır
Lenovo şirkəti keçən ilin payız fəslində Legion Go adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə şirkət artıq onun davamçısı üzərində çalışır. Bu barədə Lenovo-nun top menecerlərindən biri olan Clifford Chong məlumat verib. Chong şirkət tərəfindən hazırlanan növbəti nəsil Lenovo Go-nun texniki özəllikləri barəsində heç bir məlumat verməyib. O sadəcə bildirib ki, şirkət növbəti portativ oyun konsolunun hər bir özəlliyini təkmilləşdirmək niyyətindədir. Lenovo Legion Go 2-nin nə zaman təqdim olunacağı barəsində də bir məlumat yoxdur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...