Logo
    main-post-cover

    Lenovo ekranı gövdəsindən ayrıla biləcək yeni noutbukunun təqdimatına hazırlaşır

    Cihazlar+
    30.12.2023
    Emil
         9 yanvardan 12 yanvara kimi Las-Veqasda CES 2024 sərgisi keçiriləcək. Müxtəlif texnoloji şirkətlər sözügedən sərgidə iştirak etməyə hazırdırlar. İndi isə insayderlər bu sərgidə iştrak edəcək Lenovo şirkətinin sərgi çərçivəsində təqdim edəcəyi qeydi-adi məhsuldan xəbər veriblər. Onların sözlərinə əsasən şirkət sərgi çərçivəsində hibrid noutbukunu təqdim edəcək. Belə ki, təqdim ediləcək hibrid noutbuku planşet formatına çevirmək və hətta onun ekranını gövdədən ayırmaq mümkün olacaq. Məlumata əsasən şirkətin hibrid noutbuku ThinkBook Plus adını əldə edəcək.
    Paylaş