main-post-cover

    Lenovo IFA 2024 sərgisində yeni konseptual noutbukunu sərgiləyib

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Lenovo şirkəti hal-hazırda Berlində keçirilən IFA 2024 texnologiya sərgisində yeni konseptual noutbukunu sərgiləyib. Şirkətin yeni konseptual noutbuku Auto Twist AI PC adlanır. Bu noutbukun əsas fərqləndirici tərəfi ondan ibarətdir ki, onun yuxarı qapağı iki istiqamətdə fırlana bilir və üstəlik bu prosesin reallaşması üçün istifadəçinin hər hansısa düyməni klikləməsinə ehtiyac yoxdur. Belə ki, yuxarı qapağın fırlanması prosesi istifadəçinin səsli əmri vasitəsilə işə düşə bilir.
    Lenovo Auto Twist AI PC
         İstifadəçi səsli əmr vasitəsilə yuxarı qapağı aça və onu müxtəlif istiqamətdə hərəkət etdirə bilər. Bu konseptual noutbuk obyektlərin hərəkətlərinin izlənməsi funksiyasına sahibdir. Nəticədə noutbukun ekranı istifadəçi ilə eyni anda hərəkət edə bilər Bu cür özəllik təqdimatlarda çox faydalı ola bilər. Bununla yanaşı noutbuk istifadə edilmədikdə onun ekranı avtomatik olaraq bağlanır. Lenovo Auto Twist AI PC noutbuku hələ konsept mərhələsində olduğu üçün onun nəticədə kütləvi şəkildə istehsal edilib-edilməyəcəyi bilinmir.
    Lenovo Auto Twist AI PC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Acer gövdəsində gamepad-ı birləşdirən yeni konseptual noutbukunu sərgiləyib
    acer-govdesinde-gamepad-i-birlesdiren-yeni-konseptual-noutbukunu-sergileyib
    Qatlana bilən Honor Magic V3-ün qlobal versiyasının təqdimatını anons edib
    qatlana-bilen-honor-magic-v3-un-qlobal-versiyasinin-teqdimatini-anons-edib
    Lenovo-nun yeni gaming planşeti Geekbench testlərindən keçib
    lenovo-nun-yeni-gaming-planseti-geekbench-testlerinden-kecib
    Lenovo Legion R32qc-30 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-r32qc-30-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Lenovo yeni flaqman planşetini təqdim etməyə hazırlaşır
    lenovo-yeni-flaqman-plansetini-teqdim-etmeye-hazirlasir